AZ

Hökümə Əliyevanın atasının bank kartından 80 min oğurlayan şəxs belə saxlandı (VİDEO)

Daxili İşlər Nazirliyi Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə İsgəndərov Ayaz Aydın oğlunun saxlanılma görüntülərini yayıb.

Tribunainfo.az həmin görüntüləri təqdim edir:

Qeyd edək ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, kartdan 80 min manatdan artıq pul oğurlanmışdı

Seçilən
18
43
tribunainfo.az

10Mənbələr