AZ

Ukrayna 66 PUA və HİMARS-la Rusiyaya hücum etdi

Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə Ukraynanın 66 PUA-sını və 3 HİMARS reaktiv yaylım atəş sistemini vurub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan üç HİMARS mərmisini və 66 təyyarə tipli pilotsuz uçuş aparatını vurub”, - məlumatda bildirilib.

Hücumun nəticələri və dağıntılar barədə açıqlama verilməyib.

Seçilən
23
44
axar.az

10Mənbələr