AZ

İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş

İmişlidə 2 uşağın ölməsi ilə nəticələnən qəzaya səbəb olan “Mersedes” markalı avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb.

İNFOAZ.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə açıqlamasında ekspert Elməddin Muradlı bildirib. Qeyd edib ki, bu hadisədə səs və sayrışan işıq siqnalları ilə hərəkət edən xidməti avtomobilin qarşısına digər nəqliyyat vasitəsinin çıxması faktdır və bunu kimsə inkar edə bilməz: “O da məlumdur ki, YPX avtomobilinin qarşısına çıxan  “Mersedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin heç sürücülük hüququ da olmayıb, 17 yaşı var, dayısına məxsus avtomobillə hərəkət edib. Əlbəttə, bütün bunları istintaq araşdırır”.

Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Seçilən
10
4
infoaz.ws

10Mənbələr