AZ

HƏMAS üç girovu BQXK nümayəndələrinə təhvil verdi

HƏMAS hərəkatı üç girovu Beynəlxalq Qızıl Xaç Hərəkatının (BQXK) nümayəndələrinə təhvil verib.

Publika.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb .

Məlumata görə, girovlar bu gün günortadan sonra yanvarın 19-da imzalanan mübadilə razılaşması çərçivəsində azad ediliblər.

Yanvarın 19-da İsrail və HƏMAS arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında atəşkəs qüvvəyə minib.

Bir neçə saat əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Fələstin hərəkatı müxaliflərinə vaxtında azad edilməli olan girovların siyahısını vermədiyi üçün Qəzzanın atəşə tutulmasının dayandırılmamasını əmr edib.

Seçilən
28
50
publika.az

10Mənbələr