Ukrayna Müdafiə Qüvvələri bir neçə yaşayış məntəqəsində öz mövqelərini bərpa edib.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə "DeepState" monitorinq layihəsi məlumat yayıb. Xüsusilə, söhbət Rusiya Federasiyasının Kursk vilayətindəki Maxnovka və Donetsk vilayətindəki Zelenovkadan gedir.
![](http://ssl.moderator.az/file/articles/2025/01/20/1737350892_ukr-ordu-rusiya-bayrai-ayaq-altda.jpg)
Bu arada, işğalçılar Ternı, Dvureçnaya, Kolodyazı və Slavyanka yaxınlığında irəliləməyə nail olublar.
Eyni zamanda yanvarın 19-dan 20-ə keçən gecə Ukrayna PUA-ları Rusiyanın Kazan şəhəri yaxınlığındakı hərbi aerodrom və aviasiya zavoduna, həmçinin Ryazan vilayətindəki hərbi aerodroma sarsıdıcı zərbələr endirib...
S.Laçın