AZ

Müştərilərin "Kapital Bank"dakı əmanətləri 2,6 milyard manatdan çox artıb

2024-cü cü ilin IV rübünün sonuna olan məlumata görə "Kapital Bank"da depozit portfelinin həcmi 8 milyard 978,3 milyon manata yaxın olub.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Məlumata əsasən onun da 2 milyard 594,2 milyon  manatı fiziki, 6 milyard 384,1 milyon manatı hüquqi şəxslərin payına düşüb.

Ümumi depozit portfelində 2 milyard 656,7 milyon manat, başqa sözlə 42%, əhalinin əmanətlərində 688 milyon manat (36%),  şirkətlərin əmanətlərində isə 1 milyard 968,7 milyon manat (44%)  artım baş verib.

Xatırladaq ki, ötən ilin sonu üzrə açıqlanan rəqəmlərə görə bank təxminən 6 milyard 321,6 milyon manat ümumi depozit portfelinə malik olub. Bunun da 1 milyard 906,2 milyon manatdan çoxunu əhalinin, 4 milyard 415,4 milyon manata yaxın olan hissəsini isə şirkətlərin əmanətləri təşkil edib.

Seçilən
43
33
fed.az

10Mənbələr