AZ

Azad olunmuş ərazilərdə bələdiyyə seçkisi keçiriləcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azad olunmuş ərazilərdə hələ bələdiyyə seçkisi keçirilməyəcək".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, növbəti seçkidə Azərbaycanın bütün ərazilərində bələdiyyə seçkisi də keçiriləcək:
"Necə ki 2024-cü ildə ilk dəfə bütün ölkə ərazisində prezident və parlament seçkisi keçirildi və bu, Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Ümid edirik ki, insanlarımız bələdiyyə seçkisinə gələcək və öz namizədlərinə səs verəcəklər".
Mərahim Nəsib
Seçilən
14
50
oxu.az

10Mənbələr