AZ

Əməkdar artist 20 Yanvar şəhidi olan atasından danışdı - FOTLAR

Əməkdar artist, teatr və kino aktrisası Məsmə Aslanqızı 20 Yanvar şəhidi olan atasından bəhs edib.

Modern.az-ın məlumatına görə, aktrisa atası Aslan Ağaverdiyevi çox erkən yaşda itirdiyini bildirib:

“Atam şəhidlik zirvəsinə yüksələndə mənim 12 yaşım var idi. Mənim əziz atam! 35 ildir şəhidlik zirvəsinə yüksəlib Allahın dərgahındasan! Bilirəm ki, ruhun daim bizimlədir. Sevincimizin də, kədərimizin də şahidisən. Bilirəm ki, ruhun bizə duaçıdır! Bunu 35 ildir bütün varlığımla hiss edirəm! Bu gün adəti üzrə bütün əzizlərin evimizə yığışıb Sənə və digər Şəhidlərimizə dualar oxuyurlar. Cənnətdəki dostlarına de ki, narahat ruhları sakitləşsin! Biz Sizi unutdurmadıq! Hər kəs layiqli cavabını alacaq! Bunu Sənə və bütün 20 Yanvar Şəhidlərinə söz verirəm! Allah sizə rəhmət eləsin”.

Məsmə Aslanqızı atasının xatirəsinə tikilən bulaqdan da danışıb:

“Anam Zərifə xanım illərdir yaşadığı Şağan qəsəbəsində öz hesabına Şəhid atamın adını daşıyan bulaq tikdirib. Soruşanda ki, bu qədər supulunu nece verəcəksən, sən Hacı Zeynalabdin deyilsən axı, cavabı belə oldu: “Neçə ildir atanın şəhidlik təqaüdünü alırıq, elə o təqaüddən də suyun pulunu verəcəyəm, əvəzində hər dəfə Aslanın ruhuna dualar oxunacaq”. Mərd, qızıl ürəkli anam…”.



 

Seçilən
6
50
modern.az

10Mənbələr