AZ

"Mançester Yunayted" Madriddə yeni qapıçı tapıb

Sloveniya millisinin və "Atletiko Madrid"in qapıçısı Yan Oblak karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 32 yaşlı qolkiperi sıralarına qatmaq istəyir.

“Qırmızı şeytanlar” Oblaya maaş artımı ilə 3 illik müqavilə təklif etməyə hazırdır.

Sloveniyalının "döşək ustaları" ilə müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatır. Transfermarkt ekspertləri futbolçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir. Oblak cari La Liqa mövsümündə 19 oyun keçirib, 13 qol buraxıb.

Seçilən
28
50
90deqiqe.az

10Mənbələr