Bakı. Trend:
Azərbaycanın xarici siyasətində, o cümlədən, qonşu ölkələrləbağlı həyata keçirdiyi siyasətində Gürcüstanla münasibətlər hərzaman xüsusi diqqət mərkəzində saxlanılıb. Məlumdur ki, ölkəmizinenerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eynizamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühümtranzit ölkə kimi çıxış edir.
Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, eyni zamanda, Azərbaycanla Gürcüstanı qədimtarixi köklər, xalqlarımız arasındakı sıx dostluq əlaqələribirləşdirir: “Bu gün isə Azərbaycan və Gürcüstan həm də stratejitərəfdaşlardır. Bu strateji tərəfdaşlığın inkişafı vəgenişləndirilməsi daim hər iki ölkənin rəhbərlərinin diqqətmərkəzində saxladıqları məsələdir. Bu baxımdan Gürcüstanın Başnaziri İrakli Kobaxidzenin yanavarın 17-də ölkəmizə səfəri mühüməhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevmətbuata bəyanatla etdiyi çıxışında bu səfərin qonşu ölkədəkeçirilmiş parlament seçkilərindən sonra Gürcüstanın Baş nazirininetdiyi ilk xarici səfər olduğunu xüsusi qeyd etdi”.
K.Qafarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinvə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-dəmətbuata bəyanatla etdikləri çıxışlarında mühüm məqamların əksolunduğunu vurğulayaraq deyib: “İlk növbədə, dövlətimizin başçısıAzərbaycanla Gürcüstan arasında mövcud olan siyasi əlaqələrin bütünqonşular üçün nümunə ola biləcəyini diqqət mərkəzinə çəkdi. Eynizamanda, iqtisadi sahədə yaxşı nəticələrin olduğu qeyd edildi.Təbii ki, energetika sahəsində Azərbaycan və Gürcüstan arasındakıəməkdaşlıq təkcə ölkələrimiz üçün deyil, həm də daha böyükcoğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi,Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbiiqazını ixrac edir və bu ixracın həcmi ildən-ilə artır. Bununlaparalel olaraq, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini dəhəyata keçirirlər. Eyni zamanda Prezident İlham Əliyev Orta Dəhlizlayihəsinin Gürcüstanın Baş naziri ilə təkbətək görüş əsnasındamüzakirə edildiyini bildirdi. Qeyd olundu ki, ölkələrimiz bu layihəçərçivəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər vəyenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakıkörpü rolunu uğurla oynayırlar. Qeyd olunmalıdır ki, beynəlxalqtəşkilatlarda Azərbaycan və Gürcüstanın bir-birilərinə verdikləridəstək ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və inkişaınamisilsiz töhfə verir”.