AZ

Qvardiola Ferqyusonun rekordunun bir addımlığınadır

İngiltərə Premyer Liqasının 22-ci turunda “İpsviç Taun”la səfər oyunu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “şəhərlilər”in 6:0 hesablı qələbəsi ilə başa çatmış oyunda ispan mütəxəssis İngiltərə Premyer Liqasında “Arsenal”ın keçmiş baş məşqçisi, fransız mütəxəssis Arsen Vengerin rekordunu təkrarlayıb.

Belə ki, Qvardiola “Mançester Siti”nin sükanı arxasında İngiltərə Premyer Liqasında 13-cü dəfə 6 və ya daha artıq top fərqi ilə qələbə qazanıb. Müvafiq daramdağınlar üzrə usta “Mançester Yunayted”in keçmiş baş məşqçisi əfsanəvi şotland mütəxəssis Aleks Ferqyusondur. Ser Aleks “qırmızı şeytnalar”la 14 dəfə 6 və ya daha artıq top fərqi ilə qələbə qazanmağı bacarıb.

22 oyundan 38 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Seçilən
17
19
arena.az

10Mənbələr