AZ

Şirvanda iki maşın toqquşub, xəsarət alanlar var

Şirvanda
Yanvarın 20-də Şirvan şəhər Salyan döngəsi adlanan ərazidə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 5 nəfər (2 kişi cinsli, 3 qadın cinsli olmaqla) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara müxtəlif dərəcəli bədən xəsarətləri ilə zəruri tibbi xidmətlər göstərilib. Daxili qanaxma səbəbilə 1 nəfər üzərində cərrahi əməliyyat icra edilib.

Hazırda tibb müəssisəsinin aidiyyəti şöbələrində 4 nəfərin stasionar müalicəsi davam etdirilir, 1 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
9
3
1news.az

4Mənbələr