AZ

Biləsuvarda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - Vətən Naminə

">

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini yad ediblər.

20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. O mübarizə əzmi bu milləti azadlığına qovuşdurdu, məhz o döyüş ruhu işğaldakı Qarabağımızı azad etməyə imkan verdi.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun Zəfəri nəticəsində üçrəngli bayrağımız bu gün müstəqil və güclü Azərbaycanımızın hər bir qarış torpağında dalğalanır.

İştirakçılar həmçinin rayonun Çaylı kəndindən olan 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun və Vətən Müharibəsi şəhidlərinin kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
21
11
vetennamine.az

10Mənbələr