Tayvanda 6,0 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb .
Seysmoloqlar zəlzələnin əhalisi təxminən 771 min nəfər olan Tainan şəhərindən 50 km şimal-şərqdə baş verdiyini müəyyən ediblər. Ocaq 18 km dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilmir.
Yanvarın 20-də Moskva vaxtı ilə saat 15:41 radələrində Yaltada 2,3 bal gücündə zəlzələ baş verib . Bir gün əvvəl Yalta vilayətində Krımın cənub sahillərində yeraltı təkanlar qeydə alınıb. Sonra iki zəlzələ və altı zəif afterşok olub.
DOĞRU.AZ