AZ

Multimilyonçuların sərvəti 3 dəfə sürətlə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Milyarderlərin sərvəti 2024-cü ildə əvvəlki ilə nisbətən üç dəfə daha sürətlə artım göstərib.

Banco.az xəbər verir ki, yoxsulluqla mübarizə məqsədilə yaradılmış "Oxfam International" İsveçrədəki elitaların illik iclasına təsadüf edən qlobal bərabərsizlik mövzusundakı son qiymətləndirməsində qarşıdakı on il ərzində ən azı beş trilyonerin ortaya çıxacağını proqnozlaşdırır. Təşkilatın ötən il yayımladığı hesabatda bir trilyonerin ortaya çıxacağı ehtimal edilirdi.

"Takers Not Makers" başlıqlı hesabat ötən həftə vəzifəsindən ayrılan ABŞ Prezidenti " Co Baydenin "çox az sayda ultra zəngin insanın əlində təhlükəli güc cəmlənməsi" barədə xəbərdarlığını dəstəkləyən bir araşdırma təqdim edib. Hesabat "Dünya İqtisadi Forumu"nun bu həftə "Davos"dakı illik iclasında iş rəhbərləri, hökumət və vətəndaş cəmiyyəti qruplarının liderləri, akademiklər və digərləri daxil olmaqla təxminən 3.000 nəfəri qəbul etməsi ilə eyni zamanda yayımlanıb.

Bir çox investor 2024-cü ildə güclü gəlirlər əldə edib və "S&P 500" kimi aparıcı texnologiya şirkətləri və birja indeksləri ilə yanaşı, qızıl və bitkoin kimi kriptovalyutaların qiyməti də güclü performans göstərib.

"Oxfam" milyarderlərin sərvətinin ötən il 2 trilyon dollar və ya gündə təxminən 5,7 milyard dollar artdığını, bunun 2023-cü illə müqayisədə üç dəfə daha sürətli olduğunu bildirib. Milyarderlərin sayı 204 nəfər artaraq 2.769-a çatıb və ən zəngin 10 şəxsin sərvəti orta hesabla gündə təxminən 100 milyon dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
10
banco.az

1Mənbələr