AZ

Azərbaycanda ötən il 8 bankın əmanət portfeli - 1 MİLYARD MANATI KEÇİB

2024-cü ilin IV rübünün yekunlarına əsasən, Azərbaycanda 8 bankın depzoit portfeli 1 milyard manatdan çoxdur.

FED.az bu barədə bankların hesabatına istinadən xəbər verir.

Ən yüksək depozit portfelinə malik olan bank “Azərbaycan Beynəlxalq Bank”ıdır – 10 milyard 5 milyon manat.

Digər yüksək depozit portfelinə malik olan banklardan “Kapital Bank” 8 milyard 978 milyon  manatla ikinci, “Paşa Bank” isə 6 milyard 410 milyon  manatla üçüncü yeri tutur.

“Xalq Bank”ın IV rübdə depozit portfeli isə 1 milyard 905 milyon  manat olub.

"Azər Türk Bank"ın depozit portfeli 1 milyard 460 milyon manata yaxınlaşıb.

Bundan başqa ötən rübdə əmanətlərin məbləği “Bank Respublika”da 1 milyard 348 milyon  manat, “Unibank”da 1 milyard 205 milyon manat “AccessBank”da 1 milyard 26 milyon  manat.

Ən aşağı balans depozit portfelinə malik olan bank isə “Bank Avrasiya” (63 milyon 15 min manat) olub.”AccessBank”da isə 1 milyard 51 milyon 575 min manat təşkil edib.

Bankların depozit portfeli üzrə göstəriciləri ilə daha ətarflı tanış olmaq üçün  FED.az RENKİNQ-də izləyə bilərsiniz. 

Seçilən
24
50
fed.az

10Mənbələr