ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis fövqəladə vəziyyət elan edərkən fərmanında Meksika körfəzi əvəzinə \"Amerika Körfəzi” ifadəsi işlədib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-də ilk dəfə olaraq bir ştat Trampın açıqlamalarına uyğun olaraq \"Meksika körfəzi” əvəzinə \"Amerika Körfəzi” ifadəsindən istifadə edib.
\"Amerika körfəzi üzərində hərəkət edən aşağı təzyiqli ərazi yanvarın 21-nə qədər Floridanın şimalına geniş yayılmış qış hava şəraiti gətirəcək\", - təcili verilən fərmanda deyilir.
Yanvarın 7-də Florida ştatındakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında Tramp həm Kanada, həm də Meksikaya qarşı lazımsız kəsirlərinin olduğunu qeyd edib və bu iki ölkə ilə iqtisadi əlaqələri və gömrük əlaqələrini yenidən nəzərdən keçirəcəyini bildirib.
Tramp Meksika körfəzinin adını dəyişmək planını bu sözlərlə açıqlayıb:
\"Biz tezliklə Meksika körfəzinin adını ABŞ Körfəzi adlandıracağıq”.
Meksika Prezidenti Klaudiya Şeynbaum yanvarın 9-da Trampın sözlərinə reaksiya verib və yumoristik cavab verib:
\"Mən 1607-ci ilə aid köhnə xəritəni nümayiş etdirirəm. Təbii ki, Meksika körfəzi Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmən tanınıb. Bəs niyə Şimali Amerikanı \"Meksika Amerikası\" adlandırmırıq? Gözəl səslənir, elə deyilmi?\".
Qeyd edək ki, Tramp ötən gün keçirilən inaqurasiya mərasimindəki çıxışında \"Meksika körfəzinin adını tezliklə Amerika Körfəzi olaraq dəyişəcəyik” ifadəsini xatırladıb.
Mikayıl