AZ

Çin və Rusiya liderlərinin virtual görüşü olub

Pekin, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putinin virtual görüşü olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin rəsmi mediası məlumat yayıb.

Görüşün detalları barədə daha sonra açıqlama veriləcək. Diqqətçəkən məqamlardan biri odur ki, Çin və Rusiya liderlərinin görüşü Donald Trampın andiçmə mərasimindən bir neçə saat sonraya təsadüf edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
11
50
azertag.az

10Mənbələr