Həmas rəsmisi şənbə günü 4 qadın girovun azad ediləcəyini açıqlayıb
Həmas rəsmisi Tahir əl-Nunu bildirib ki, atəşkəs razılaşması çərçivəsində 4 israilli qadın girov şənbə günü azad ediləcək.İsrail və HƏMAS arasında ötən bazar günü qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsi davam edir. HƏMAS rəsmisi Tahir əl-Nunu Fransa mətbuatına verdiyi açıqlamada şənbə günü ikinci qrup fələstinli məhbuslar qarşılığında 4 israilli qadının azad ediləcəyini bildirib.
Bazar günü başlayan 42 günlük atəşkəsin ilk mərhələsində İsrail həbsxanalarında olan 1900 fələstinlinin qarşılığında Qəzzadan cəmi 33 girovun qaytarılması planlaşdırılır. Atəşkəsin ilk günündə Həmas 3 israilli girovu, İsrail isə 90 fələstinlini azad edib.
aia.az
Tərcümə şöbəsi

