AZ

Rusiyanın iki şəhərinə uçuşlar məhdudlaşdırıldı

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yanvarın 21 səhər tezdən Kazan və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini elan edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, hər iki hava limanı uçuşların qəbulunu və yola salınmasını dayandırıb. İdarədən verilən məlumata görə , uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb. Məlumatda daha sonra bildirilir: “Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər”. Xatırladaq ki, dünəndən  İjevsk hava limanında da müvəqqəti məhdudiyyətlər tətbiq edilib .

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
17
40
konkret.az

10Mənbələr