Bakı. Trend:
Avropa Komissiyası gələn həftə öz yeni rəqabət qabiliyyətiKompasını təqdim edəcək.
Trend xəbər verir ki, bunuDavosda keçirlən Ümumdünya iqtisadi forumunda etdiyi xüsus çıxışda,Avropa Komissiyanın prezidenti Ursula fon der Lyayen bildirib.
O hər kəsin 25 il əvvəl təsəvvür etdiyi dünya düzəniningerçəkliyə çevrilmədiyini vurğualyıb.
“Dünyanın iqtisadi baxımdan ən güclü dövlətir xammal resursları,yeni texnologiyalar və qlobal ticarət marşrutları uğrunda yarışagirib. Süni intellektdən tutmuş ekoloji təmiz texnologiyalara kimi,kvantdan tutmuş, kosmik texnologiyalara kimi, Arktikadan Cənubi-Çindənizinə kimi - yarış artıq başlayıb.
Bu rəqabət gücləndiyindən, biz yəqin ki, ölkələrin iqtisadi vəmilli təhlükəsizliyinin qorunmasına yönəlmiş sanskiyalar, ixracataməhdudiyyətləri və tariflər kimi iqtisadi vasitələrdən müntəzəmistifadənin şahidləri olacağıq.
Lakin təhlükəsizliyimizin qorunması ilə innovasiyalar və rifahınartırılması arasında balansın saxlanması vacibdir. Bu ruhda bizqlobal yarışın uçuruma yuvarlanmaması üçün səylərimizibirləşdirməliyik, çünki qlobal iqtisadi əlaqələrin kəsilməsi heçkimin xeyrinə deyil. Bunun əvəzinə biz vətəndaşlarımıza qarşılıqlıfayda gətirmək qabiliyyətimizi qorumaq üçün qaydalarımüasirləşdirməliyik ," – Avropa Komissiyasının prezidentivurğulayıb.
O əlavə edib ki, avropalılar üçün bu rəqabət evdən başlayır.
"Avropa özünəməxsus sosial bazar iqtisadiyyatına malikdir. Bizdünyanın ikinci ən böyük iqtisadiyyatına və ən böyük ticarətsektoruna malikik. Bizdə həyat səviyyəsi daha yüksəkdir, sosial vəekoloji standartlar daha sərtdir və digər qlobal rəqiblərimizdəndaha az bərabərsizlik mövcuddur. Avropa çoxlu istedadlarınvətənidir və bütün dünyadan ideyaları və sərmayələri cəlb etməkbacarığını sübut edib. Bizim ixtira etmək və yaratmaq bacarığımızkifayət qədər dəyərləndirilmir. Avropanın qlobal patentmüraciətlərindəki payı ABŞ və Çinlə müqayisə oluna bilər. Lakindünya dəyişir. Biz də eləcə dəyişməliyik," – deyə Ursula fon derLyayen bildirib.
O bildirib ki, son 25 il ərzində Avropa öz iqtisadi artımınıstimullaşdırmaq üçün qlobal ticarətin yüksəlişinə bel bağlayıb.
"O, Rusiyadan ucuz enerji asılılığında idi. Amma bu günlər artıqkeçmişdə qalıb. Növbəti rüb əsr ərzində böyüməmizi davam etdirməküçün Avropa öz kursunu dəyişməlidir. Məhz buna görə də mən AvropaMərkəzi Bankının prezidenti Mario Draqidən Avropanın rəqabətqabiliyyəti ilə bağlı hesabat hazırlamasını xahiş etdim. Bununəsasında gələn həftə Avropa Komissiyası qarşıdakı beş il üçünfəaliyyətimizi müəyyənləşdirəcək yol xəritəmizi – RəqabətQabiliyyəti Kompasını təqdim edəcək. Əsas diqqət innovasiyafərqliliyini azaltmaqla məhsuldarlığın artırılmasına yönəldiləcək,"– deyə o əlavə edib.
X: @Lyaman_Zeyn