AZ

KİV: Taliban Trampın silahları ABŞ-a qaytarmaq çağırışını rədd edir

KİV: Taliban Trampın silahları ABŞ-a qaytarmaq çağırışını rədd edir

Əfqanıstanın "Taliban" radikal hərəkatı ABŞ prezidenti Donald Trampın çağırışını rədd edib və milyardlarla dollar dəyərində olan Amerika silahlarını geri qaytarmaqdan imtina edib. AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.Agentliyin məlumatına görə, “Taliban” hesab edir ki, ABŞ nəinki silahları götürməməli, həm də “İslam Dövləti” terror təşkilatı ilə mübarizə üçün daha müasir vasitələr təqdim etməlidir.Agentliyin qeyd etdiyi kimi, Tramp bazar günü keçirilən mitinqdə Əfqanıstan tərəfini Amerika qoşunlarının orada qoyub getdiyi silah və avadanlıqları qaytarmasa, bütün maliyyə yardımını dayandıracağı ilə hədələyib. ABŞ ordusu 20 ildən çox müddətə Əfqanıstanda qaldıqdan sonra 2021-ci ildə tələsik şəkildə Əfqanıstanı tərk etdikdə dəyəri 7 milyard dollardan çox olduğu güman edilən hərbi texnika "Taliban" tərəfindən ələ keçirilib.

Seçilən
18
3
afn.az

3Mənbələr