AZ

Orban: Ukraynanın Macarıstana şərtlər diktə etmək hüququ yoxdur

Ukrayna yalvaran rolundadır. Macarıstan və Slovakiyaya öz şərtlərini diktə etmək hüququna malik deyil...

Poliqon M1 telekanalına istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Orban müvafiq fikri slovakiyalı həmkarı Robert Fiko ilə bölüşüb. İki ölkə liderləri Kiyevin Rusiya qazının tranzitini dayandırmaq qərarını, həmçinin Slovakiya ilə bu məsələ ilə bağlı danışıqlar aparmaq istəməməsini pisləyiblər.

Orban xatırladıb ki, Macarıstan və Slovakiya Aİ ölkələridir, Ukrayna isə üzvlük üçün yalnız namizəddir.

“Mövqelərdə qarışıqlıq olmamalıdır. Onlar elə hərəkət edə bilməzlər ki, sanki Bratislava və Budapeşt onların sədaları altında rəqs etməlidir. Bu mümkün deyil”, deyə o bildirib.

Orban həmçinin əmindir ki, Ukrayna hələ Avropa İttifaqına daxil olmağa hazır deyil. Eyni zamanda Avropa İttifaqı da Ukraynanı öz sıralarına qəbul etməyə hazır deyil.

Poliqon.info

Seçilən
22
15
poliqon.info

5Mənbələr