AZ

Orban Aİ-ni Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməlidir...

Poliqon xəbər verir ki, Macarıstanın baş naziri bu barədə X sosial şəbəkəsində yazıb. Orbanın fikrincə, indiki məhdudiyyətlər yalnız Avropa İttifaqının özünə ziyan vurur.

“Sanksiyalar haqqında danışmağın vaxtıdır! Müharibənin sona çatmasına səbəb oldular? Yox. Rusiya iqtisadiyyatına ziyan vurdularmı? Yox. Avropa Rusiyadan başqa sərfəli enerji mənbələri tapa bildimi? Yox”, deyə Orban yazıb.

Orbana görə sanksiyalar Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini məhv edib.

“Brüssel bürokratları tərəfindən hazırlanmış sanksiyalar yalnız bir şeyə nail oldu: Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini məhv etdi. "Dəyişiklik vaxtıdır!” deyə Macarıstanın Baş naziri qeyd edib..

Qeyd edək ki, hazırda Aİ siyasətçiləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketinin məzmununu müzakirə edirlər. Bloomberg-in məlumatına görə, bura Rusiya LNG-nin mərhələli şəkildə dayandırılması, alüminium idxalına qadağa, Rusiya gəmilərinə məhdudiyyətlər və daha bir neçə bankın SWIFT-dən ayrılması daxildir. Paketin fevralın 24-də qəbul edilməsi planlaşdırılır.

Poliqon.info

Seçilən
39
50
poliqon.info

10Mənbələr