AZ

TÜRKİYƏDƏKİ XİZƏK MƏRKƏZİNDƏKİ YANĞINDA 76 NƏFƏR HƏLAK OLUB...

Ötən gün Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin və yaralıların sayı artıb...

Tezadlar.az CNN- Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. Nazirin sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb: “Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.

Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.

Allah Türkiyəmizi və türk dünyasını bəlalardan hifz etsin!

ELŞAD

Seçilən
18
tezadlar.az

1Mənbələr