AZ

Çempionlar Liqası: İkisi 1/8 finalda, 6 klub üçün vida

Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun ilk günü bəzi iştirakçıların taleyinə aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, artıq 2 komandanın 1/8 finala yüksəldiyi, 6 klubun avrokuboklarla vidalaşacağı dəqiqləşib.

Daha 9 komandanın mübarizəni davam etdirəcəyi müəyyənləşib. Amma onların 1/8 final, yoxsa pley-offda oynayacaqları qarşıdakı matçlarda bəlli olacaq.

1/8 finala yüksələnlər
“Liverpul”, “Barselona”

1/8 final və ya pley-offa yüksələnlər
“Arsenal”, “Aston Villa”, “Atalanta”, “Atletik”, “Brest”, “Bayer”, “İnter”, “Lill”, “Monako”

Avrokuboklarla vidalaşanlar
“Bolonya”, “Srvena Zvezda”, “Leypsiq”, “Slovan”, “Şturm”, “Yanq Boyz”

İdman.biz

Seçilən
20
31
idman.biz

8Mənbələr