AZ

Karlos "Fənərbağça" ilə anlaşdı - Brazilyalı şəxsi təyyarəsi ilə İstanbula gəlib

"Fənərbağça" klubu brazilyalı futbolçu ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu hazırda "Aston Villa"da çıxış edən braziliyalı müdafiəçi Dieqo Karlosla əl sıxışıb.

Bu məqsədlə 31 yaşlı müdafiəçi özünün şəxsi təyyarəsi ilə İstanbula gəlib: "Tibbi müayinədən və yekun danışıqlardan sonra Dieqo Karlosla müqavilə imzalaması gözlənilir".

1 illik "Sao Paulo", "Paulista"da yarım mövsüm oynayandan sonra o, Portuqaliyanın "Estoril" komandasına keçib: "2016-cı ildə “Nant”, 2019-cu ildə “Sevilya”ya transfer olunan Dieqo Karlos İspaniya komandası ilə ilk mövsümündə UEFA Avropa Liqasının qalibi olub. 2020-ci il Tokio Olimpiya Oyunlarında Braziliya Milli Komandası ilə qızıl medal qazanan Dieqo Karlos 2022-2023 mövsümü öncəsi Premyer Liqa təmsilçisi "Aston Villa"ya transfer olunub. "Aston Villa"da 58 matça çıxan braziliyalı futbolçu bu matçlarda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Karlos bu mövsüm Premyer Liqada 10, UEFA Çempionlar Liqasında 6 və İngiltərə Liqa Kubokunda 1 olmaqla, 17 dəfə "Aston Villa" forması ilə meydana çıxıb".

Fərid ASLAN

MİA.AZ

Seçilən
15
50
mia.az

10Mənbələr