AZ

Bakı-Quba yolundakı təhlükə: Asfalt örtüyü DAĞILIB- VİDEO

Bakıdan Quba istiqamətində gedən yolda yaranan problem sürücülərin narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, iki aydan çoxdur ki, Bakı-Quba yolunda asfalt örtüyü dağılıb. Bu isə hərəkət sürəti 90 km/saat olan yolda həm sürücülər üçün ciddi təhlükə, həm də avtomobillərin sıradan çıxması deməkdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli faktı təsdiqləyib.

"Bakı-Quba yolunun 102-ci kilometrliyində olan körpünün (yol ötürücüsünün) temperatur tikişində olan asfalt örtüyü dağılıb. Əraziyə baxış keçirilib və problem əməkdaşlarımız tərəfindən ötən gün tam aradan qaldırılıb. Dağılan yerə yeni asfalt vurulub", - deyə A.Nəcəfli bildirib.

(oxu.az)

Seçilən
10
avtosfer.az

1Mənbələr