AZ

 “Kalaşnikov” ilk dəfə “Kub-2” kamikaze-dronlarını təqdim edəcək

Fevralın 17-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində IDEX 2025 beynəlxalq silah və müdafiə texnologiyaları sərgisi keçiriləcək. Sərgidə Rusiyanın “Kalaşnikov” Konserni də iştirak edəcək.

Herbiand.az bu barədə Konsernin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, “Kalaşnikov” ilk dəfə olaraq özünün İjevsk Pilotsuz Sistemlər Elmi-İstehsalat Birliyi ilə hazırladığı kiçik və orta sinifi “Kub-2-E” idarə olunan sursatlarını təqdim edəcək.

Kiçik sinifli “Kub-2-E” kompleksi düşmənin canlı qüvvəsini (fərdi hərbçiyə qədər) və zirehi olmayan hərbi texnikasını məhv etmək üçün nəzərdə tutulub.

Orta sinifli “Kub-2-E” isə daha geniş tətbiq sahəsinə malikdir. Dron şəxsi heyətə, PUA sistemlərinin buraxılış məntəqələrinə, helikopter bazalarına, həmçinin zirehsiz və yüngül zirehli hərbi texnikaya zərbələr endirmək üçün yaradılıb.

“Kub-2” sursatları manevr qabiliyyətinə malikdir və optik-elektron sistemlərlə təchiz olunub. Bu da operatorlara hətta sonuncu öz yerlərini dəyişdikdə belə onları hədəflərə istiqamətləndirməyə imkan verir.

Hər iki döyüş sursatının çəkisi 10 kq-dan çoxdur. Onlardan gecə-gündüz, sadə və çətin hava şəraitində, tüstülü və tozlu atmosferdə, küləyin sürəti 15 m/s-ə qədər olduqda, döyüş meydanında baş verən passiv və aktiv müdaxilələrdə istifadə oluna bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
21
13
herbiand.az

10Mənbələr