Rusiyanın “Kalaşnikov” konserni 2024-cü ildə hərbi və mülki atıcı silahların tədarükü üzrə ixrac müqavilələrindən rekord gəlir əldə edib.
“Poliqon” “Kalaşnikov” istinadən xəbər veri ki, ötən il əldə edilən rekord göstərici son on ildəki rəqəmləri üstələyib.
Konsernin bildirdiyinə görə, xarici müştəriləri maraqlandıran məhsulların çeşidinə 15-dən çox snayper və avtomat silahları, hamar lüləli ov tüfəngləri və karabinlər daxildir.
“2024-cü ildə dövlət və xüsusi təyinatlı silahların satış həcminin artması yeni ixrac bazarlarının inkişafı və xaricdə istehsal olunan sursatlardan istifadə edən atıcı silahlara tələbatın artması hesabına əldə edilib. 2025-ci il üçün sifariş portfeli artıq formalaşıb. IDEX və ARMY kimi beynəlxalq sərgilərdə iştirak xarici tərəfdaşlarla açıq, konstruktiv dialoqa və potensial müştərilərlə əlaqələrin möhkəmlənməsinə töhfə verir”, – deyə “Kalaşnikov” tərəfindən qeyd olunub.