Türkiyə 2024-cü ildə 323 243 ton fındıq ixrac edib. İxracın 27,3 faizi Almaniyaya həyata keçirilib.
Qara Dəniz Fındıq və Məmulatları İxracatçıları Birliyinin məlumatına görə, dünya fındıq istehsalının böyük bir hissəsinə sahib olan Türkiyə keçən il 130 ölkəyə fındıq ixrac edib.
İxrac edilən 323 243 ton fındıqdan 2 milyard 635 milyon 868 min 856 dollar gəlir əldə olunub. Məlumatda qeyd edilib ki, ötən il ən çox ixrac Almaniyaya olub. Bu ölkəyə 88 260 ton fındıq ixrac edilib və bu ixracatdan 705 milyon 443 min 110 dollar gəlir əldə olunub ki, bu da Türkiyənin fındıq ixracının 27,3 faizinə bərabərdir.
Ən çox fındıq ixrac edilən ölkələr arasında İtaliya ikinci, Polşa isə üçüncü yerdədir.