AZ

AMB sədri: Uçot dərəcəsinin azaldılması ilə bağlı qərara yenidən baxa bilərik

Bakı, 22 yanvar, AZƏRTAC

Biz inflyasiya meyllərinin proqnozlaşdırdığımız istiqmatdə davam etdiyini görsək uçot dərəcəsi ilə bağlı qərarlara yenidən baxılmasını nəzərdə tuturuq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əvvəllər uçot dərəcəsinin dəyişilməz qalması düşünülürdüsə, son qərarlarda 5,8, 5,5-ə doğru azalır.

“Beləliklə, bu trend davam etdikcə biz pul siyasətinin yumuşaldılması istiqmətində düşünürük. Bu siyasətin dəstəklənməsi artır. Amma yenə də bizim inflyasiya xarici mühitdə olan amillərdən də asılıdır. Buna görə də növbəti qərarımızı bu proqnozların əsasında verəcəyik”, - deyə Taleh Kazımov əlavə edib.

Seçilən
19
3
azertag.az

4Mənbələr