Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını (Aİ) Rusiya sanksiyaları ilə bağlı mövqeyini gözdən keçirməyə çağırıb.
Publika.az xəbər verir ki, Orban “X” hesabında Aİ-nin Rusiyaya qarşı sanksiyaları ləğv etməsi tələbini təkrarlayıb.
“Brüssel bürokratları tərəfindən hazırlanmış sanksiyalar Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini məhv edən məqsədə nail oldu. İndi dəyişiklik vaxtıdır!”, - Orban yazıb.
O, Rusiyaya qarşı sanksiyaların Ukraynadakı münaqişələrə son qoymadığı üçün heç bir müsbət təsir göstərmədiyini qeyd edərək, onların Avropanın enerji resurslarını əvəz edə bilməyəcəyinə işarə edib.