Azərbaycan Mərkəzi Bankı (AMB) yeni kapital tələbinə cavan verməyən bank olmayan kredit təşkilatları (BOKT) ilə işi davam etdirir.
“Report” xəbər verir ki, bunu AMB-nin sədr müavini Toğrul Əliyev rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"BOKT-ların kapital tələbini yerinə yetirməsi nəzarətdədir. Bununla bağlı monitorinqlərimiz davam edir. Sözsüz ki, verdiyimiz üç aylıq müddət başa çatdıqdan sonra tələbə əmək etməyən BOKT-lara qarşı müvafiq qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcək. Biz hesab edirik ki, həmin müddət səhmdarlar və təsisçilər üçün kapitallaşma ilə bağlı tədbirlərin görülməsi üçün yetərlidir. Ümid edirik ki, bütün BOKT-lar kapitalını yeni tələblərə uyğunlaşdıracaq. Hazırda hansısa BOKT-un kapital artımında problem yaşadığını demək tez olar", - deyə o qeyd edib.