AZ

Kaya Kallas: Mənə Rusiya şahini deyirlər, amma mən realistəm...

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiya prezidenti Vladimir Putinin ancaq güc dili ilə danışdığını bildirib və özünün anti-Rusiya şahin adlandırılmasına münasibət bildirib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

"İnsanlar deyir ki, mən Rusiyaya qarşı şahinəm. Amma düşünürəm ki, mən Rusiyaya münasibətdə sadəcə realistəm", deyə Kallas Avropa Müdafiə Agentliyinin konfransında bildirib.

O, həmçinin əlavə edib ki, Avropa İttifaqı hasilatda Rusiyanı ötmək üçün hər cür imkana malikdir və Rusiyadan mavi yanacağın idxalının artması ilə bağlı vəziyyəti tənqid edib.

Kallas bildirib ki, ABŞ prezidenti Donald Tramp NATO-ya üzv ölkələrin müdafiəyə kifayət qədər sərmayə qoymadığını söyləyərkən haqlıdır.

Yanvarın 21-də Tramp deyib ki, Amerika Ukraynanı dəstəkləmək üçün NATO üzvlərindən 200 milyard dollar çox xərcləyib, ona görə də onlar müdafiə xərclərini artırmalı olacaqlar.

Poliqon.info

Seçilən
27
25
poliqon.info

10Mənbələr