“Politico” məlumatlı mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı və Böyük Britaniya ABŞ prezidenti Donald Trampın Avropa ölkələrindən gətirilən mallara rüsumları artıracağı təqdirdə əks tədbirlər görəcək.
Nəşrin yazdığına görə, Aİ və Britaniya rəsmiləri ABŞ-də hakimiyyətə gələn Donald Trampın “Avropa ixracına zərbə vurmayacağına” ümid edirlər, lakin “onların cavab rüsumları da daxil olmaqla, bütün əks tədbirlər arsenalına hazır vəziyyətdədirlər”. ?Politico?ya görə, Brüssel və London bir neçə aydır mümkün ticarət müharibəsi ssenarilərini hazırlayır.
Aİ Donald Trampın proteksionist siyasətə qayıdacağından və onun ilk prezidentlik dövründə olduğu kimi Avropa İttifaqından gələn məhsullara tarifləri yenidən qaldıracağından qorxur. Daha sonra ABŞ prezidenti Avropadan gələn polad və alüminiuma müvafiq olaraq 25% və 10% tariflər tətbiq etdi.