İrana məxsus hərbi təyyarə qəzaya uğrayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "İRNA"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Məlumata görə, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan vilayətinin şimalında qəzaya uğrayıb.
"Xoşbəxtlikdən hər iki pilot sağ qalıb", - məlumatda qeyd olunub.