Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan çoxsaylı insan ölümü ilə nəticələnən Boluya gedir.
Ölkə.Az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının kommunikasiya idarəsinin direktoru Fahrettin Altun məlumat verib.
Altun bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Kartalkaya xizək mərkəzindəki "Grand Kartal" hotelində baş verən yanğında həyatını itirənlərin dəfn mərasiminə qatılacaq.
Qeyd edək ki, yanvarın 21-də gecə saatlarında baş verən yanğında 76 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.
Mürtəza
Ölkə.Az