AZ

MAQATE rəhbəri qlobal gərginliklər fonunda nüvə təhdidlərinin artmasından danışıb

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru RafaelMariano Qrossi nüvə silahlarının yayılmaması normalarınınzəifləməsi ilə bağlı ciddi narahatlıq ifadə edib.

Trend-inməlumatına görə, baş direktor Davosda Ümumdünya İqtisadi Forumuçərçivəsində keçirilən “Qlobal Təhlükəsizliyin Kubik-Rubiki”mövzulu panel müzakirələrində bildirib ki, geosiyasi gərginliyinartması nüvə silahsızlaşdırma va yaymama məsələlərində əldə olunmuşbeynəlxalq konsensusa ağır zərbə vurur.

“Əsas dövlətlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının beşdaimi üzvü arasında əvvəl mövcud olmuş ortaq məxrəclər, artıq yoxaçıxıb. Təəsüflər olsun ki, geostrateji gərginliyin artdığıdövrlərdə, nüvə silahları daha cəlbedici olmağa başlayır” , - deyəo qeyd edib.

Bundan başqa o, Yaxın Şərqdə, əsasən də İrana münasibətdə olanqeyri-müəyyənliyi vurğulayıb.

“Düzdür, İran nüvə silahına malik deyil, amma onlarda bu“tapmacanın” çoxlu elementləri var”, - deyə Qrossi əlavə edib.

Onun sözlərinə görə, belə situasiya, regionun ölkələrini, ocümlədən NATO müttəfiqlərini, İranın nüvə silahı əldə edəcəyitəqdirdə, onların da belə kütləvi qırğın silahı əldə etməkniyyətini açıqcasına ifadə etməsinə şərait yaradır.

Qrossi nüvə sınaqlarla bağlı qlobal moratoriuma olan təhdidlərinartmasına narahatlıq ifadə edib.

“Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağan EdilməsiMüqaviləsindən çıxmaq qərarı və ABŞ-də sınaqların bərpası ilə bağlımüzakirələr bu məsələ ilə bağlı mövcud uzunmüddətli beynəlxalqkonsensusu sarsıdır”-, deyə o əlavə edib.

Qrossinin sözlərinə görə, Asiyada isə Cənubi Koreya və Yaponiyakimi ölkələrdə nüvə silahına sahib olmaq imkanları ilə bağlıictimai müzakirələr aparılır.

X: @Lyaman_Zeyn

Məqalədə:
Seçilən
9
50
az.trend.az

10Mənbələr