AZ

Erməni ekspert “Zəngəzur dəhlizi”nin hərbi yolla açılması imkanlarından danışdı

İran Türkiyə və Azərbaycanın Ermənistanla bağlı planlarını  saxlayan yeganə ölkədir. Lakin Tehran Donald Trampın ABŞ prezidentliyinə qayıtmasından sonra hücuma məruz qalacağı təqdirdə bu rolu yerinə yetirə bilməyəcək. 

 

Missiya.Az xəbər verir ki, bunu “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində politoloq Artur Xaçikyan deyib.

 

Onun fikrincə, belə bir vəziyyət Ermənistanın düşmənlərinə təzyiq göstərmək və hətta hərbi yolla “Zəngəzur dəhlizi” adlanan yeri açmağa cəhd etmək imkanı yaradacaq. 

“Bunun fonunda Ermənistan hakimiyyəti güzəştə getməyə və bizi uçuruma aparmağa davam edir. Türkiyə və Azərbaycan lobbiləri Trampın yeni administrasiyası ilə çox fəal işləyirlər və bunun fonunda Ermənistanda belə işləri görə biləcək peşəkar kadrlar yoxdur. Bundan əlavə, diaspor nümayəndələri Ermənistanın Tramp üçün heç bir hərbi-strateji əhəmiyyətinin olmadığını bildirirlər. ABŞ-ın birinci müttəfiqi Azərbaycanla ittifaqda olan İsrail, ikincisi isə Türkiyədir”, - ekspert əlavə edib.

 

Onun fikrincə, ABŞ-la bu yaxınlarda imzalanmış sənədin heç bir əhəmiyyəti yoxdur.: “Ermənistan Rusiya və İranla münasibətləri korlayacaq və artıq regionda dörd düşmən əldə edəcək” deyə ekspert vurğulayıb.

 

Elcan

Missiya.Az

Seçilən
24
13
missiya.az

10Mənbələr