Türkiyə Ali Məhkəməsi 2017-ci ildə İstanbulda "Reina" gecə klubunda törədilən terror aktına görə Özbəkistan əsilli Abdulgadir Maşaripovun aldığı 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasını təsdiqləyib. “Ulusum”.az-ın məlumatina görə, bu barədə CNN Türk xəbər verib.Məhkəmə məhkumun vəkillərinin şikayətini araşdırıb və hökmün qanun normalarına zidd olmadığını qərara alıb.2020-ci ildə Maşaripov 39 nəfərin qəsdən öldürülməsi, 79 nəfərin öldürülməsinə cəhd və digər cinayətlərdə təqsirli bilinərək, ağırlaşdırılmış 40 dəfə ömürlük həbs cəzasına və hər maddə üzrə 1 368 il həbs cəzasına məhkum edilmişdi.Hadisə 1 yanvar 2017-ci ildə İstanbulun Ortaköy rayonunda yerləşən "Reina" gecə klubunda baş verib. Terrorçu klubun girişində bir polisi öldürdükdən sonra avtomatla izdihama atəş açıb. Yeni il qeyd edən 700-800 nəfərdən bir neçə nəfər Bosfora tullanaraq canını qurtarmağa çalışıb. Hücuma görə məsuliyyəti "İslam Dövləti" qruplaşması öz üzərinə götürüb.SəidəSəidə
Diqqət Çəkənlər
Lyej məhkəməsi Ursula fon der Leyenə qarşı ittihamları rədd edib
“Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb
Türkiyədə oteldə baş vermiş yanğından sonra bir günlük matəm elan edilib