Almaniya Xarici İşlər Nazirliyi Rusiyadan qaynaqlandığı iddia edilən hibrid təhdidlərlə mübarizə çərçivəsində Avropa İttifaqı ölkələrini sanksiyaları genişləndirməyə və rus diplomatlarına təzyiqləri artırmağa çağırıb. AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.Bildirilir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok koordinasiyalı tədbirlərə yol açmaq məqsədilə rəhbərlik etdiyi nazirlik tərəfindən hazırlanmış təklifləri dövriyyəyə buraxıb. Sənədi nəzərdən keçirən “Politico”nun verdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyi Rusiya diplomatik pasportlarına malik olan şəxslərin akkreditasiya müddətini və hərəkət azadlığını məhdudlaşdırmağa çalışır.Nəşr qeyd edir ki, təkliflər gələn həftə Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta