AZ

Türkiyədə otel yanğınında həyatını itirənlərin sayı 79-a çatıb

Bakı. Trend:

Türkiyənin Bolu Respublika Baş Prokurorluğu Kartalkaya xizəkmərkəzindəki oteldə baş verən yanğın nəticəsində həyatınıitirənlərin sayının DNT testləri ilə 79-a çatdığını açıqlayıb.

Trend xəbər verirki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunc faciə ilə bağlı 11nəfərin saxlanıldığını bildirib. Saxlanılanlar arasında BoluBələdiyyəsinin yanğınsöndürmə xidməti və idarəsinin rəhbərləri dəvar.

İstintaq çərçivəsində altı respublika prokuroru ilə yanaşı, birsıra aidiyyəti qurumların mütəxəssisləri də prosesə cəlbolunub.

Türkiyənin Səhiyyə Nazirliyi hadisə zamanı yaralananlardan 39nəfərin müalicə olunaraq evə buraxıldığını, 12 nəfərin isə hələ dəmüalicə aldığını açıqlayıb.

Seçilən
19
az.trend.az

1Mənbələr