Dortmund "Borussiya"sının artıq sabiq baş məşqçisi Nuri Şahin istefaya göndərilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, türk əsilli mütəxəssisin fikirlərini “arılar”ın rəsmi saytı belə çatdırıb:
"Təəssüf ki, indiki mərhələdə ambisiyalarımızı reallaşdıra bilmədik. Bu xüsusi kluba uğurlar arzulayıram".
Xatırladaq ki, Nuri Şahin 2024-cü ilin yayından “Borussiya”ya rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 27 oyun keçirib, 12 qələbə qazanıb, 11 məğlubiyyətlə üzləşib və 4 qarşılaşmada heç-heçə qeydə alınıb.
"Borussiya"nın baş məşqçi postuna əsas namizəd mövsümün əvvəlində "Mançester Yunayted"dən ayrılan Erik ten Haqdır.
Mirağa