Bir neçə gün öncə Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıb sahibinə qaytarmışdı.
Demokrat.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, həmin pul millimizin sabiq basketbolçusu, “Quba” komandasının oynayan məşqçisi Zaur Paşayevə məxsus imiş.
O, bu barədə Prosport.az-a müsahibəsində deyib:
“Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib “Quba” komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək – red.)”.
Qeyd edək ki, pulun tapılması ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım etmişdi. Bu paylaşımdan dəqiqələr sonra pul sahibini tapmışdı.
10Mənbələr
-
medicina.azQuru təmizləmə işçisi yuduğu gödəkçənin cibindən20 min pul tapdı - FOTO ( 15153503)
-
bakuinfo.netMəşhur bankın pul dolu maşını QAÇIRILDI - 56 MİLYON... ( 15143431)
-
medicina.azSükan arxasında infarkt keçirib öldü -FOTO ( 15127467)
-
medicina.azQuru meyvələrdən kompot– Yaşlı orqanizmi dirçəldə bilər ( 15121317)
-
medicina.azNaxçıvanda 102 yaşlı seçici səsvermədə iştirak edib - FOTO ( 15114391)
-
medicina.azHülya Avşarın dodaq pirsinqi gündəm oldu -Tənqid etdilər - FOTO ( 15107177)
-
medicina.azƏsgər gedən oğlu üçün yığıncaq keçirdi, səhəri öldü -FOTO ( 15084005)
-
medicina.azMasallıda 23 yaşlı qız qızdırma dərmanından komaya düşdü -FOTO ( 15058623)
-
redaktor.azBakıda polisin tapdığı 10 min manat onun imiş... -FOTO ( 14980559)
-
day.azBakının mərkəzində külli miqdarda PUL TAPILDI - Sahibinin adı AÇIQLANDI ( 14977337)