ABŞ-da ölkəni maneəsiz gəzən on minlərlə cinayətkar var..
Poliqon xəbər verir ki, bu barədə Ağ Evin yeni rəhbəri Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib.
“On minlərlədir. Onlar indi azaddırlar və ölkəni gəzirlər”, o qeyd edib.
Tramp həyat əleyhinə cinayət törədənlərin bir çoxunun öz ölkələrindəki həbsxanalardan azad edilərək ABŞ-a gəldiyinə diqqət çəkib.
Bundan bir qədər əvvəl Trampın cənub sərhədindən ölkəyə qeyri-qanuni giriş imkanını dayandıran və belə miqrantların qovulması üçün tədbirləri nəzərdə tutan sərəncam imzaladığı bildirilirdi.
Poliqon.info