AZ

Tramp Baydeni Amerikanı milyonlarla mühacirlə doldurmaqda ittiham edib

ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ Evin keçmiş rəhbəri Co Baydeni Amerika torpaqlarında əksəriyyəti cinayətkar olan 21 milyon immiqrantın olmasında ittiham edib.

Editor.az xəbər verir ki, o, bunu “Fox News”a müsahibəsində ölkədəki immiqrasiya böhranını şərh edərkən deyib. Tramp hesab edir ki, insanların kütləvi şəkildə ölkəyə gəlməsinə icazə verilməsi böyük səhvdir. O, bir çox immiqrantın məhz Baydenin “bunun baş verməsinə icazə verdiyi” üçün ABŞ-a gəldiyini vurğulayıb. ABŞ prezidenti əlavə edib ki, ölkədə mülki amerikalılar üçün təhlükə yaradan minlərlə terrorçu və on minlərlə başqa cinayətkar var. Eyni zamanda, onun sözlərinə görə, ağır cinayətlər törədənlərin əksəriyyəti öz ölkələrindəki həbsxanalardan azad edilib və sonra özlərini ABŞ-a göndəriblər.

Tramp rəsmi olaraq prezident kimi inauqurasiyadan sonra cənub sərhədindən ölkəyə qeyri-qanuni girişin dayandırılması və bu cür mühacirlərin deportasiyası üçün tədbirlər görülməsi barədə sərəncam imzalayıb.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
21
38
editor.az

10Mənbələr