AZ

Bələdiyyə seçkisi ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qarşıdan gələn bələdiyyə seçkisi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev yanvarın 23-də komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib, veb-kameraların quraşdırılması istiqamətində reallaşdırılan son hazırlıq işləri ilə tanış olublar.
Oxu.Az xəbər verir ki, bələdiyyə seçkisində veb-kameraların tətbiqini birgə layihə çərçivəsində və sıx əməkdaşlıq şəraitində gerçəkləşdirən qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı atılan yekun addımlar barədə məlumat verilib.
Sözügedən fəaliyyəti həyata keçirən mütəxəssislərlə söhbət zamanı veb-kameraların seçkinin şəffaflığının təmin olunmasındakı mühüm rolu bir daha vurğulanaraq, veb-kameraların quraşdırılması və tənzimlənməsi prosesində qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb və zəruri tövsiyələr verilib.
Mərahim Nəsib
Seçilən
10
50
oxu.az

10Mənbələr