AZ

ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən RüstəmovTehranda keçirilən Azərbaycan–İran Hökumətlərarası BirgəKomissiyasının növbəti iclası çərçivəsində İran Dəmir Yollarınınrəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, dəmiryol rəhbərləri İranın Astara şəhərindəyerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi vəterminalda aparılan işləri müzakirə ediblər.

Qeyd olunub ki, həm Azərbaycan, həm də İran ərazisindəki Astaraterminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinindaha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin stratejipotensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranınnəqliyyat infrastrukturunun gücləndirilməsinə və regional ticarətininkişafına imkan verir.

Görüş zamanı ADY və İran Dəmir Yolları arasında “Astaraterminalının tikintisi və istismar müqaviləsinin icrasına dairStrateji Əməkdaşlıq Planı” imzalanıb.

Sənəd Azərbaycan və İran İslam Respublikası arasında 22 yanvar2025-ci ildə imzalanmış 16-cı Hökumətlərarası Birgə KomissiyanınProtokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının BaşPlanının təsdiqlənməsi, terminalda tikinti işlərinin bu ilinsonunadək tamamlanması, yekun investisiyaların tanınması və digərməsələləri əhatə edir.

ADY
ADY
ADY
ADY
Seçilən
12
29
az.trend.az

10Mənbələr