AZ

Facebook və Instagram-a qoşulun: 5 min dollar qazanın

Meta ABŞ-da məşhur məzmun yaradıcılarını Facebook və Instagram-a cəlb etmək üçün 5 min dollara qədər pul ödəyəcəyini açıqlayıb.

Şirkət, "üçüncü tərəf sosial media proqramlarından" məzmun yaradıcılarına sosial mediada olduqlarına görə qiymətləndiriləcək bir sistem çərçivəsində ödəniş ediləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, TikTok-un adı birbaşa qeyd edilməsə də, bu addım ABŞ-da platformanın gələcəyi ilə bağlı artan qeyri-müəyyənlik dövrünə təsadüf edir. Keçmiş prezident Donald Trampın ölkədə TikTok-u necə qoruya biləcəyi ilə bağlı müzakirələr davam edərkən, Meta-nın bu qeyri-müəyyənlikdən faydalanmağı hədəflədiyi düşünülür.

Meta, internet saytında elan edilən "Breakthrough Bonus Proqramı" çərçivəsində qəbul edilən məzmun yaradıcılarının platformaya qoşulduqdan sonra 90 gün ərzində ödəniş edəcəyini bildirib. Bununla belə, onlar bu müddət ərzində mütəmadi olaraq məzmun paylaşmalıdırlar.

İştirakçılardan hər 30 gündə ən azı 20 Facebook çarxı və 10 Instagram çarxı paylaşması tələb olunur. Bundan əlavə, məzmun tamamilə orijinal olmalı və daha əvvəl başqa platformalarda paylaşılmamalıdır.

Proqram yalnız əvvəllər Facebook və ya Instagram-da heç vaxt hesabı olmayan istifadəçilər üçün açıq olacaq. Müraciətlər fərdi şəkildə qiymətləndiriləcək və yalnız Meta tərəfindən uyğun hesab edilənlər proqrama qəbul ediləcək.

Günel Məlikzadə


Seçilən
25
50
news24.az

10Mənbələr